"Zaporojyeyə zərbə nəticəsində 12 nəfər ölüb" - Zelenski

"Zaporojyeyə zərbə nəticəsində 12 nəfər ölüb" - Zelenski
Kateqoriya məlum deyil
T

Rusiyanın Zaporojyeyə hücumu nəticəsində 3-ü uşaq olmaqla 12 nəfər ölüb.

Sfera.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkələrdə bildirib.

Onun sözlərinə görə, daha 14 nəfər yaralanıb, onlardan 2-si kritik vəziyyətdədir.

Zelenski əlavə edib ki, hadisə yerində təcili xidmətlər işləyir, axtarış-xilasetmə əməliyyatları davam edir.

Bundan başqa, ötən gecə Ukraynanın 13 regionu zərbəyə məruz qalıb. Yaşayış evləri, infrastruktur və dəmir yolu obyektləri zədələnib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR