Ukrayna separatçılara görə 50 milyard itirib

Ukrayna separatçılara görə 50 milyard itirib

Donbas konflikti Ukraynaya 50 milyard dollar ziyan vurub.

Bunu jurnalistlərə açıqlamasında Ukrayna Müdafiə nazirinin müavini İvan Rusnak söyləyib.

"Ukraynanın şərqində energetika, nəqliyyat, sosial və digər infrastrukturlar məhv edilib. İnsanlar işsiz qalıblar”, – deyə o bildirib.

Qeyd edək ki, Rusiyanın dəstəyi ilə başlayan Donbas konflikti 2014-cü ildən bu yana davam edir.

 
Sfera.az

OXŞAR XƏBƏRLƏR