Rusiya Ermənistana Fransa ilə bağlı xəbərdarlıq etdi
Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Aleksey Şevtsov Ermənistanın yeni atom elektrik stansiyasının tikintisi ilə əlaqədar digər ölkələrlə əməkdaşlığını riskli hesab edir.
Sfera.az xəbər verir ki, o, İrəvan üçün “ən doğru seçim”in Rusiya olduğunu bildirib.
“Atom enerjisi sahəsində əməkdaşlığın şaxələndirilməsinin zəruriliyi ilə bağlı Ermənistan hakimiyyətinin bəyanatları kontekstində vurğulamaq istəyirəm ki, ABŞ xaricdə heç biri kiçik modul reaktor tikməyib və tikmir”, - Rusiya TŞ katibinin müavini deyib.
Şevtsovun sözlərinə görə, potensial tərəfdaş kimi tez-tez adı çəkilən Fransada da belə reaktorlar tikilməyib, onun kiçik modul reaktor texnologiyası yoxdur: “Məsələn, Finlandiyanın “Olkiluoto” AES-də üçüncü enerji blokunun 17 il ərzində (2005-2021-ci illər) tikintisi zamanı onun dəyəri təxminən 4 dəfə artaraq 3,2 milyard avrodan 11,7 milyard avroya yüksəlib”.
Bununla yanaşı, o, “Rusiya atom mütəxəssisləri ilə əməkdaşlığın üstünlükləri”ni vurğulayıb: “Rosatom” hazırda xaricdə 30 enerji bloku, o cümlədən kiçik modul reaktorlar tikir. Seçim göz qabağındadır”.
O, Ermənistanın informasiya məkanında yeni AES-in tikintisi mövzusunda gedən müzakirələrə diqqət çəkib: “Bu məsələ ilə bağlı qeyd etmək istəyirəm ki, hələ sovet dövründən qalan etibarlı VVER-440 (ВВЭР-440) reaktorunun fasiləsiz işlədiyi Ermənistan AES-in payına ölkənin ümumi elektrik enerjisi istehsalının təxminən 30 faizi düşür”.\\teleqraf






