“F-35"lərin Türkiyəyə tədarükü gecikəcək - Rubiodan AÇIQLAMA

“F-35"lərin Türkiyəyə tədarükü gecikəcək - Rubiodan AÇIQLAMA
Kateqoriya məlum deyil
T

ABŞ-nin dövlət katibi Marko Rubio Türkiyəyə “F-35” qırıcılarının mümkün tədarükünün hələ uzun illər çəkə biləcəyini açıqlayıb.

Sfera.az xəbər verir ki, Rubio bu barədə Yunanıstanın “Kathimerini” qəzetinə müsahibəsində danışıb.

Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp Türkiyəyə “F-35”lərin verilməsini istəyir. Buna səbəb isə Ankaranın artıq bir neçə təyyarənin pulunu ödəməsidir.

“Görünür, təyyarələrin tədarükünə qədər hələ çox, çox illər keçəcək. Lakin onlardan ikisinin ödənişi artıq həyata keçirilib”, - deyə Rubio bildirib.

Dövlət katibi qeyd edib ki, “F-35”lərin Türkiyəyə verilməsi ABŞ qanunvericiliyində müəyyən edilmiş şərtlərin yerinə yetirilməsindən asılıdır.

“Bütün məsələ “S-400” sistemi ilə bağlıdır. Hazırda bu məsələ həll olunmayıb. Hüquqi baxımdan, problem həll edilməyənə qədər bu təyyarələri Türkiyəyə təhvil verə bilmərik”, - Rubio vurğulayıb.

O bildirib ki, bununla bağlı tələblər artıq Türkiyə tərəfinə çatdırılıb və Ankara məsələni həll etmək üçün variantlar axtarır.

Rubionun sözlərinə görə, söhbət ABŞ Konqresinin qəbul etdiyi qanundan və Milli Müdafiə Qanununda yer alan, “F-35” qırıcılarının Türkiyəyə mümkün tədarükünü şərtləndirən müddəalardan gedir.

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR