CENTCOM: Hörmuzdən gündə 20 milyon barel neft daşınır
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Hörmuz boğazının bağlanması ilə bağlı İranın iddialarını təkzib edib.
Sfera.az xəbər verir ki, “CENTCOM”un açıqlamasında Hörmuz boğazından kommersiya yükləri və enerji daşıyıcıları, o cümlədən 20 milyon barrel xam neft daşıyan gəmilərin keçidinin davam etdiyi bildirilib.
ABŞ tərəfi boğazın tam nəzarətdə olduğunu açıqlayaraq İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) generalının Hərmuz boğazının bağlandığı və İranın su yoluna tam nəzarət etdiyi barədə bəyanatını yalan adlandırıb.
Qeyd edək ki, müstəqil gəmi izləmə məlumatları boğazdakı hərəkətin ABŞ-nin açıqlamasından daha məhdud olduğunu göstərir. "Reuters"in məlumatına görə, oktyabrın 6-da Hörmuzdən cəmi 7 yük gəmisi keçib, xam neft axını isə gündəlik 10,1 milyon barrelə düşüb.
Firuzə Əliyeva






