Kreml Trampın Putinlə danışıq barədə açıqlamasına cavab verib

Kreml Trampın Putinlə danışıq barədə açıqlamasına cavab verib
Kateqoriya məlum deyil
T

Rusiya və ABŞ prezidentləri Vladimir Putinlə Donald Tramp arasında telefon danışığının vaxtı hələ razılaşdırılmayıb.

Sfera.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov TASS-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, Moskva və Vaşinqton arasında liderlərin növbəti telefon danışığının nə vaxt baş tutacağı ilə bağlı hələlik konkret razılıq yoxdur.

“Xeyr, hələ razılaşdırılmayıb. Məlumat verəcəyik”, – Peskov müvafiq suala cavabında deyib.

Qeyd edək ki, oktyabrın 7-də, Vladimir Putinin doğum günündə Donald Tramp Rusiya lideri ilə telefon danışığına hazırlıq görüldüyünü açıqlayıb.

Kreml bundan əvvəl müvafiq təşəbbüs irəli sürüləcəyi təqdirdə iki prezident arasında danışığın qısa müddətdə təşkil oluna biləcəyini bildirmişdi.

Xatırladaq ki, 2026-cı ilin əvvəlindən Putin və Tramp arasında beş telefon danışığı baş tutub. Sonuncu danışıq sentyabrın 8-də keçirilib./teleqraf

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR