Yunanıstan da Hörmüzə əsgər göndərə bilər
Yunanıstan uyğun şərtlərin yaranacağı və davamlı sülh prosesinin təmin ediləcəyi təqdirdə Hörmüz Boğazında dəniz keçidlərinin təhlükəsizliyinin təmin olunmasına yönəlmiş əməliyyata ABŞ ilə birlikdə qoşula biləcəyini açıqlayıb.
Sfera.az xəbər verir ki, Yunanıstanın xarici işlər naziri Giorgos Yerapetritis ABŞ dövlət katibi Marko Rubio ilə Afinada keçirdiyi görüşdən sonra birgə mətbuat konfransında bildirib ki, zərurət yaranarsa, ölkəsi Hörmüz Boğazında lazımi dəniz qüvvəsinin təmin olunması üçün Vaşinqtonla əməkdaşlıq edə bilər.
Nazirin sözlərinə görə, bunun üçün şəraitin əlverişli olması və davamlı sülh prosesinin mövcudluğu əsas şərtlərdir. Yerapetritis Yunanıstanın dəniz nəqliyyatının və naviqasiya azadlığının qorunmasına böyük əhəmiyyət verdiyini vurğulayıb.
İradə Elsevər






