İsrailli deputat Netanyahunu tənqid etdi: "Müharibə istəyir"
İsrail parlamentinin deputatı Ofer Cassif Baş nazir Benyamin Netanyahu hökumətini Yaxın Şərqdə gərginliyi artırmaq və yeni qarşıdurma yaratmaq niyyətində olmaqda ittiham edib.
Sfera.az xəbər verir ki, Cassif bildirib ki, Netanyahu hökuməti bölgədə “yanğın çıxarmaq” istəyir və bunun üçün mövcud gərginlikdən istifadə edir.
Onun sözlərinə görə, hökumətin siyasəti regionda sabitliyin təmin edilməsinə deyil, münaqişənin daha da genişləndirilməsinə xidmət edir.
Deputat Netanyahu hökumətinin hərbi əməliyyatlar və qarşıdurmalar yolu ilə siyasi məqsədlərinə çatmağa çalışdığını qeyd edib. O, belə siyasətin İsrailin təhlükəsizliyini təmin etmək əvəzinə ölkəni daha böyük təhlükələrlə üz-üzə qoya biləcəyini vurğulayıb.
Cassif həmçinin hökumətin bölgədə yeni müharibə ehtimalını artıran addımlarından narahatlığını ifadə edib və Netanyahu administrasiyasının siyasətini kəskin tənqid edib.
İradə Elsevər






