Rusiya XİN-dən Kiyevlə bağlı mühüm çağırış

Rusiya XİN-dən Kiyevlə bağlı mühüm çağırış
Kateqoriya məlum deyil
T

Rusiya Xarici İşlər Nazirliyi Kiyevdə və Ukraynanın hərbi əhəmiyyət daşıyan ərazilərində olan xarici ölkə vətəndaşlarına xəbərdarlıq edib.

Sfera.az xəbər verir ki, XİN-in sözçüsü Mariya Zaxarova "Sputnik" radiosuna açıqlamasında mümkün təxribatların qarşısını almaq üçün xarici vətəndaşların Kiyevi və hərbi təyinatlı əraziləri tərk etməsinin vacib olduğunu bildirib.

Zaxarova qeyd edib ki, Kiyevdə qalmaq xarici vətəndaşlar üçün risk yarada bilər. Onun sözlərinə görə, XİN-in əvvəlki açıqlaması da sonradan mümkün təxribatlar və bununla bağlı yayıla biləcək "yanlış məlumatların" qarşısını almaq məqsədi daşıyır.\\milli.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR