Yunanıstanda yeraltı təkanlar artdı - Bir neçə saatda 8 zəlzələ
Kateqoriya məlum deyil
T
Yunanıstanın Kasos adası sahillərində 8 zəlzələ baş verib.
Sfera.az xəbər verir ki, Yunanıstan mətbuatının məlumatına görə, oktyabrın 7-də gecə yarısından səhər saatlarına qədər 2,4-4,1 maqnitudalı yeraltı təkanlar qeydə alınıb.
Ən güclü zəlzələnin episentri Kasos adasından 29 kilometr qərbdə yerləşib. Bundan 7 dəqiqə sonra adadan 35 kilometr qərbdə 3,9 maqnitudalı zəlzələ baş verib.
Daha sonra 2,4-2,7 maqnitudalı 4 zəif təkan qeydə alınıb.
Sonuncu zəlzələ isə səhər saat 10:27-də Kasosdan 22 kilometr qərb-cənub-qərbdə baş verib. Yeraltı təkanın maqnitudası 3,2 olub.






