Fransada məscidə hücum – Yaralılar var
Kateqoriya məlum deyil
Fransanın Avinon kommunasında müsəlmanlara hücum olub.
Kommunada yerləşən məscid yaxınlığındakı hücumu iki nəfər gerçəkləşdirib. Nəticədə 8 nəfər xəsarət alıb. Xəsarət alanlar arasında 7 yaşlı uşaq da olub. Hücumu həyata keçirənlər hadisə yerindən qaçmağı bacarıblar.
Hadisənin şəxsi münasibət zəminində baş verdiyi ehtimal edilir.
Sfera.az






