Fransadakı etirazlarda faciə: 15 yaşlı gənc əlini itirdi

Fransadakı etirazlarda faciə: 15 yaşlı gənc əlini itirdi
Kateqoriya məlum deyil
T

Lans şəhərində 15 yaşlı bir şagird polisin atdığını bombanı götürdükdən sonra baş verən partlayışda əlini itirib.

Sfera.az xəbər verir ki, Fransada təhsil sistemindəki problemlərə qarşı başlayan və ölkə miqyasında yayılan tələbə etirazları ciddi küçə toqquşmalarına çevrilib.

Etirazların ən ciddi hadisələrindən biri 5 oktyabr bazar ertəsi günü Lans şəhərində baş verib. Lisey Behal qarşısında keçirilən nümayişlər zamanı polis tərəfindən istifadə edilən bomba partlayışı nəticəsində 15 yaşlı bir şagird əlini itirib.

"Reuters" agentliyi tələbənin qolunun bir hissəsini də itirdiyini bildirib . Fransanın "Le Monde" qəzeti görüntülərin və şahidin ifadəsinin partlayışın Fransa təhlükəsizlik qüvvələri tərəfindən istifadə edilən GM2L tipli qumbara ilə uyğun olduğunu göstərdiyini bildirib.

Hadisənin necə baş verdiyini dəqiq müəyyən etmək üçün Fransa Milli Polisinin (IGPN) Baş Müfəttişi araşdırmaya başlayıb.

Qeyd edək ki, etirazlar sentyabr ayında Paris bölgəsində müəllim çatışmazlığı, həddindən artıq dolu sinif otaqları, qeyri-kafi məktəb infrastrukturu və pis təhsil şəraitinə cavab olaraq başlayıb.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR