ABŞ Karibdə qayığı vurdu: 4 nəfər öldü

ABŞ Karibdə qayığı vurdu: 4 nəfər öldü
Kateqoriya məlum deyil
T

ABŞ ordusu Karib dənizində narkotik qaçaqmalçılığı ilə məşğul olduğu bildirilən qayığa zərbə endirib.

Sfera.az xəbər verir ki, ABŞ Cənub Komandanlığının (SOUTHCOM) yaydığı açıqlamaya görə, əməliyyat Qərb Yarımkürəsi üzrə Birgə İşçi Qrupu tərəfindən həyata keçirilib.

Bildirilib ki, ABŞ tərəfinin əldə etdiyi kəşfiyyat məlumatlarında qayığın narkotik qaçaqmalçılığı fəaliyyətində istifadə edildiyi müəyyən olunub.

Açıqlamada əməliyyat nəticəsində 4 nəfərin öldürüldüyü bildirilib. ABŞ onları “narko-terrorçu” adlandırıb.

ABŞ ordusunun narkotik qaçaqmalçılığına qarşı Karib hövzəsində keçirdiyi əməliyyatların davam etdiyi qeyd olunur.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR