Zidan Ronaldonu müdafiə etdi

Fransa millisinin baş məşqçisi Zinəddin Zidan Kriştiano Ronaldo haqda danışıb.
Sfera.az "RMC Sport"a istinadən xəbər verir ki, fransalı mütəxəssis daha əvvəl baş məşqçi Jorje Jesus ilə yaşadığı münaqişə səbəbindən Portuqaliya milli komandasının düşərgəsini tərk edən 41 yaşlı futbolçunun karyerasını yüksək qiymətləndirib.
"Onun möhtəşəm karyerasına layiqincə hörmət etməliyik. Onunla işləmək mənim üçün böyük şans idi. O, mənə çoxlu titullar qazanmağa kömək etdi. Kriştianoya böyük hörmətim var. Mən həmişə birlikdə vaxt keçirdiyim insanlara böyük hörmətlə yanaşıram" - deyə Zidan bildirib.
Qeyd edək ki, Ronaldo 2016-2018-ci illərdə Zidanın rəhbərliyi altında "Real"da çıxış edib.
Xatırladaq ki, Ronaldo baş məşqçi Jorje Jezusla yaranmış fikir ayrılığından sonra Portuqaliya millisinin düşərgəsini tərk edib.






