Ən zərərli qida məhsulu məlum oldu

Qidalanma mütəxəssisləri ən zərərli qida məhsulunu müəyyən edib.
Sfera.az xəbər verri ki, "hər şeydə ölçü gözləmək" qaydası bütün qida və içkilərə şamil edilmir.
Qidalanma mütəxəssisləri bu barədə xəbərdarlıq edərək, hətta az miqdarda belə sağlamlığa zərər vuran bir məhsulu göstərib.
Onun sözlərinə görə, alkoqolun istənilən miqdarı orqanizm üçün zərərlidir.
Digər bütün qidalar üçün isə sadə bir qayda keçərlidir: sağlamlıqla bağlı hər hansı məhdudiyyətiniz olmadığı təqdirdə, müxtəlif və balanslı qidalanmaya riayət edin.
Mütəxəssislər bildirir ki, xroniki xəstəlikləri və ya artıq çəkisi olmayan insanların heç bir əsaslı səbəb olmadan müəyyən qidaları, hətta bütöv qida qruplarını öz rasionlarından çıxarmasına ehtiyac yoxdur.
Müəyyən bir qida ilə bağlı hər hansı məhdudiyyət həkim tərəfindən təyin edilməli və tibbi diaqnozla əsaslandırılmalıdır.
Balanslaşdırılmış menyu tərtib etmək üçün qidalanma mütəxəssisləri "Harvard Sağlam Qidalanma Boşqabı" modelindən və Aralıq dənizi pəhrizinin prinsiplərindən istifadə etməyi tövsiyə ediblər. Boşqabın yarısı tərəvəz və meyvələrdən, dörddə biri zülallardan, qalan hissəsi isə mürəkkəb karbohidratlardan ibarət olmalıdır.
Mövsümi tərəvəz və meyvələrə üstünlük vermək daha yaxşıdır, lakin yalnız onlarla kifayətlənmək tələb olunmur.






