Canlı yayım zamanı dəhşətli anlar - Jurnalistlər maşının altında qaldı - VİDEO

Kateqoriya məlum deyil
T
Meksikada canlı yayım zamanı jurnalistləri maşın vurub.
Sfera.az xəbər verir ki, Meksikanın Monterrey şəhərində güclü yağışların səbəb olduğu sürüşməni işıqlandıran iki jurnalist idarəetmədən çıxan yük maşınının vurması nəticəsində xəsarət alıb.
Hadisə canlı yayım zamanı kameraya düşüb. Müxbir Alma de la Rosa Flores və operator Kristo Morales xəstəxanaya aparılıb. Onların vəziyyətinin stabil olduğu, operatorun isə ayağından daha ağır xəsarət aldığı bildirilir.
Yük maşınının sürücüsü saxlanılıb.\\milli.az





