Dünyada ömür uzunluğu 73,3 ilə çatıb

Dünyada ömür uzunluğu artıb və koronavirus pandemiyasından əvvəlki səviyyəyə çatıb.
Sfera.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb.
Təşkilatın mətbuat üçün açıqlamasında deyilir: "2023-cü ildə qlobal ömür uzunluğu pandemiyadan əvvəlki səviyyələrə yaxınlaşaraq 73,3 ilə çatıb, lakin sağlam ömür uzunluğu hələ də 2019-cu illə müqayisədə aşağıdır".
Bu gün qeyri-infeksion xəstəliklər dünya üzrə bütün ölümlərin 74%-ni təşkil edir ki, bu da 2000-ci ildəki 58%-dən çoxdur.
Eyni zamanda, demensiyadan ölüm halları üç dəfə artıb və pandemiyanın başlanğıcından bəri narahatlıq pozğunluqları və depressiya ilə əlaqəli sağlamlıq itkiləri kəskin şəkildə artıb.
ÜST-ün qeyd etdiyi kimi, ölümün əsas səbəbləri işemik ürək xəstəliyi və insult da daxil olmaqla ürək-damar xəstəlikləri, eləcə də xroniki obstruktiv ağciyər xəstəliyi və aşağı tənəffüs yollarının infeksiyaları da daxil olmaqla tənəffüs xəstəlikləri olub./teleqraf






