Yaralı pilot ilk dəfə danışdı: “Bir dəfə də qalxmalı idim”

Dubaydan Təl-Əvivə uçan “Flydubai” təyyarəsində baş verən insident zamanı ağır yaralanan kapitan pilot Smit Maçhar ilk dəfə danışıb.
Sfera.az xəbər verir ki, pilot bildirib ki, köməkçi pilotun hücumundan sonra yerə yıxılıb və təyyarənin aşağı getdiyini görüb:
“Həyatım üçün mübarizə aparırdım, amma hamının ölməsinə icazə verə bilməzdim”.
O, son gücü ilə ayağa qalxaraq kokpitin qapısını açmağa nail olduğunu, bundan sonra bir neçə sərnişinin içəri girərək hücum edən şəxsi zərərsizləşdirdiyini söyləyib.
Hazırda Əbu-Dabidə müalicə olunan pilot çoxlu qan itirdiyini bildirib. Onun iki yaşlı oğlu hələ atasını xəstəxanada görə bilməyib.
Hadisənin şübhəlisi olduğu bildirilən köməkçi pilot BƏƏ-yə aparılıb və barəsində terror araşdırması başladılıb. Hücumun motivi və istifadə olunan silah hələlik açıqlanmayıb.
İradə Elsevər






