Qırğızıstan ilk milli peykini kosmosa göndərdi

Qırğızıstan ilk milli peykini kosmosa göndərdi
Kateqoriya məlum deyil
T

Qırğızıstanın Birləşmiş Ərəb Əmirlikləri ilə birgə hazırladığı peyk ABŞ-nin Kaliforniya ştatında yerləşən Vandenberq Kosmik Qüvvələr Bazasından “SpaceX” şirkətinin “Falcon 9” raketi ilə orbitə çıxarılıb.


Sfera.az xəbər verir ki, Qırğızıstan Prezidentinin Mətbuat Mərkəzinin məlumatına görə, tarixi buraxılış mərasimində ABŞ-də işgüzar səfərdə olan Prezident Sadır Japarov da iştirak edib.


İlk milli peykin ölkə iqtisadiyyatının inkişafı ilə yanaşı, ətraf mühitin monitorinqində də mühüm rol oynayacağı bildirilib.


Yüksək ayırdetmə qabiliyyətinə malik optik sensorlarla təchiz olunan peyk vasitəsilə kənd təsərrüfatı ərazilərinin və otlaqların vəziyyəti, quraqlıq riski, eləcə də kənd təsərrüfatı məhsullarının məhsuldarlığı izləniləcək.
Peykin Qırğızıstan üçün mühüm əhəmiyyət daşıyan buzlaqlar, su ehtiyatları və çaylarda baş verən dəyişikliklərin monitorinqinə də imkan verəcəyi qeyd olunub.


Bundan əlavə, peykdən əldə ediləcək məlumatların ekoloji dəyişikliklərin izlənilməsi və təbii fəlakət risklərinin əvvəlcədən müəyyənləşdirilməsi məqsədilə istifadə olunması nəzərdə tutulub.


Peykin idarə olunması və əldə edilən məlumatların emalı Qırğızıstanın paytaxtı Bişkekdə yaradılan Yerüstü İdarəetmə Mərkəzi vasitəsilə həyata keçiriləcək.


Bəsti Rəfizadə
Sfera.az


PAYLAŞ

OXŞAR XƏBƏRLƏR