Aİ-dən Rusiyaya mesaj: “Tələyə düşməyəcəyik”

Aİ-dən Rusiyaya mesaj: “Tələyə düşməyəcəyik”
Kateqoriya məlum deyil
T

Avropa İttifaqı (Aİ) Rusiyanın NATO-ya göndərdiyi qeyri-rəsmi sənədlə bağlı açıqlama verib.

Sfera.az xəbər verir ki, Aİ Komissiyasının sözçüsü Kristian Viqand bildirib ki, qurum Rusiyanın Ukraynaya qarşı müharibəsi ilə bağlı mövqeyini dəyişməyib və Moskvanın NATO-ya göndərdiyi sənəddən xəbərdardır.

Viqand Rusiyanın nüvə ritorikasını pisləyərək Aİ-nin Moskvanın təhdid və qorxu yaratmaq siyasətinə cavab verməyəcəyini bildirib:

“Əlbəttə, Rusiyanın məsuliyyətsiz nüvə ritorikasını pisləyirik. Aİ Rusiyanın qurduğu tələyə düşməyəcək və Moskvanın qorxutma və təşviş yaratmaq taktikasını daha da görünən hala gətirməyəcək”.

O, Aİ-nin NATO ilə sıx əməkdaşlıq etdiyini, lakin iki qurum arasındakı kommunikasiya ilə bağlı detalları açıqlamayacağını qeyd edib. Viqand həmçinin Rusiyanın Aİ Komissiyasına analoji sənəd göndərmədiyini bildirib.

Rusiya NATO-ya göndərdiyi qeyri-rəsmi sənəddə alyansın fəaliyyətinin Moskva ilə birbaşa silahlı qarşıdurma riskini ciddi şəkildə artırdığını bildirib. Sənəddə Rusiyanın mümkün hücumu dəf etmək üçün lazımi imkanlara malik olduğu və ərazisini müdafiə etmək üçün bütün arsenalından istifadə etməyə hazır olduğu qeyd edilib.

NATO sözçüsü Ellison Hart Rusiyanın alyansa qeyri-rəsmi sənəd göndərdiyini təsdiqləyib. O, NATO-nun cavabında güc tətbiqi ilə bağlı təhdidləri, o cümlədən məsuliyyətsiz nüvə ritorikasını qəti şəkildə pislədiyini bildirib.

NATO-nun baş katibi Mark Rutte isə yaxın perspektivdə alyans ərazisinə qarşı təhlükə olmadığını, belə bir təhlükə yaranacağı təqdirdə NATO-nun ona qarşı mübarizə aparmağa hazır olduğunu deyib.

Rutte Rusiyanın sənədinə cavab olaraq NATO-nun müdafiə ittifaqı olduğunu, nüvə təhdidlərinin yolverilməz sayıldığını və Ukraynadakı müharibənin sona çatdırılmasının vacibliyini vurğulayıb.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR