"Səudiyyə Ərəbistanı Yəmənə dəstək verəcək" - Salman

"Səudiyyə Ərəbistanı Yəmənə dəstək verəcək" - Salman
Kateqoriya məlum deyil
T

Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan arasında regional təhlükəsizlik və sabitliyin gücləndirilməsi məqsədilə “Məkkə Birgə Müdafiə İttifaqı”nın yaradıldığını açıqlayıb.

Sfera.az xəbər verir ki, Səudiyyə Ərəbistanının rəsmi SPA agentliyinin məlumatına görə, kral Bin Salman bu barədə Ər-Riyadda Şura Şurasının 9-cu dönəminin açılış iclasında çıxış edərkən danışıb.

Vəliəhd şahzadə bölgədə təhlükəsizlik və sabitliyin qorunması, gərginlik və qarşıdurmalardan uzaq durulmasının vacibliyini vurğulayıb. O, qardaş ölkələrlə birlikdə Körfəz təhlükəsizliyi, strateji əməkdaşlıq və iqtisadi inteqrasiyanın gücləndirilməsinin əsas prioritetlərdən olduğunu bildirib.

Bin Salman həmçinin Səudiyyə Ərəbistanının Yəmən hökumətinə dəstəyini davam etdirəcəyini, ölkənin suverenliyinin və sabitliyinin bərpasına yardım göstərəcəklərini açıqlayıb.

Vəliəhd İsrailin Qəzza zolağında fələstinlilərə qarşı hücumlarını və Əl-Əqsa məscidinə yönəlik pozuntuları pisləyib. O, beynəlxalq ictimaiyyəti Qəzza məsələsində davamlı siyasi həllə nail olmaq üçün səyləri artırmağa çağırıb və Səudiyyə Ərəbistanının Fələstin dövlətinin yaradılması ilə bağlı mövqeyinin dəyişmədiyini bildirib.

Bin Salman beynəlxalq dəniz dəhlizlərinin təhlükəsizliyinin gücləndirilməsi məqsədilə “Səudiyyə Ərəbistanı Çoxmillətli Dəniz Müdafiə Koalisiyası” təşəbbüsünün başladıldığını da açıqlayıb.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR