Tramp: "Prezident olmasaydım bu ölkələr yoxa çıxardı"

Tramp: "Prezident olmasaydım bu ölkələr yoxa çıxardı"
Kateqoriya məlum deyil
T

ABŞ Prezidenti Donald Tramp İsrail və Səudiyyə Ərəbistanının onun sayəsində var olduğunu açıqlayıb.

Sfera.az xəbər verir ki, Tramp bu barədə “Time” jurnalına müsahibəsində danışıb.

“Səudiyyə Ərəbistanı üçün çox iş görmüşəm. Mən Səudiyyə Ərəbistanını qoruyuram. Əgər prezident olmasaydım, bu gün Səudiyyə Ərəbistanı mövcud olmazdı. İsrail də eyni vəziyyətdə olardı. Onları yer üzündən silərdilər”, – deyə ABŞ lideri bildirib. Tramp Səudiyyə Ərəbistanı rəhbərliyi ilə münasibətlərinin də çox yaxşı olduğunu vurğulayıb.

“Unutmayın, mən burada olmasaydım, Səudiyyə Ərəbistanı olmazdı. İsrail də olmazdı”, –deyə prezident əlavə edib.

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR