Kasparov Moskvanın hədəfində - Ona sui-qəsd edilə bilər

Kasparov Moskvanın hədəfində - Ona sui-qəsd edilə bilər
Kateqoriya məlum deyil
T

Rusiyanın şahmat əfsanəsi Harri Kasparov Qərb təhlükəsizlik xidmətlərinin onu mümkün sui-qəsd təhlükəsi ilə bağlı xəbərdar etdiyini iddia edib.

Sfera.az xəbər verir ki, Kremlə qarşı tənqidi mövqeyi ilə tanınan Kasparov bildirib ki, Qərb təhlükəsizlik xidmətləri onun və müttəfiqi İvan Tyutrinin mümkün sui-qəsd təhlükəsi ilə üzləşdiyi barədə xəbərdarlıq ediblər.

AFP-nin məlumatına görə, Kasparov ABŞ və Litva təhlükəsizlik xidmətlərinin ona və Tyutrinə həyatlarının təhlükədə olduğunu bildirdiyini və qabaqlayıcı tədbirlər görmələrini tövsiyə etdiyini deyib:

"Uzun müddətdir birlikdə çalışdığım Tyutrinlə birlikdə sui-qəsd hədəfləri siyahısında yer aldığım barədə xəbər məni təəccübləndirmədi. Litva və ABŞ təhlükəsizlik xidmətləri bizə həyatımızın təhlükədə olduğunu və qabaqlayıcı tədbirlər görməli olduğumuzu bildirdilər. Mən də müvafiq tədbirlər gördüm”.

İspaniyanın “El Mundo” qəzetinin Kasparova yaxın mənbələrə istinadən yaydığı xəbərdə Rusiya agentlərinin Kasparovla yanaşı, Rusiyanın keçmiş deputatı İlya Ponomaryovu da öldürməyi planlaşdırdığı iddia edilib.

Qeyd edək ki, Kasparov və Tyutrin 2016-cı ildə Ukrayna ordusuna dəstək verən və müharibə əleyhinə konfranslar təşkil edən “Azad Rusiya Forumu”nu təsis ediblər. Rusiya 2023-cü ildə forumu “arzuolunmaz təşkilat” elan edib. 2025-ci ildə isə təşkilat Rusiyanın “terrorçu təşkilatlar” siyahısına daxil edilib.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR