Yəməndə bütün uçuşlar ləğv edilib - Səbəb
Kateqoriya məlum deyil
Yəmənin Hadramevt vilayətindəki beynəlxalq Seyun hava limanında bütün uçuşlar dayandırılıb.
Hava limanının rəhbəri Həsən Fərəc əl-Kəsri yanacaq olmadığına görə ötən çərşənbə axşamından bütün təyyarə reyslərinin ləğv olunduğunu deyib.
O, Yəmən hökumətinin problemin həlli üçün çalışdığını bildirib.
Sfera.az






