Kamçatka sahillərində ard-arda 3 zəlzələ oldu

Kamçatka sahillərində ard-arda 3 zəlzələ oldu
Kateqoriya məlum deyil
T

Kamçatkanın şərq sahillərində, Sakit okeanın akvatoriyasında qısa fasilələrlə üç zəlzələ baş verib.

Sfera.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin regional bölməsi məlumat yayıb.

Bildirilib ki, zəlzələlərin ən güclüsü 5,6 maqnitudada olub.

Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, yeraltı təkanlar regional paytaxtda və Vilyuçinsk şəhərində 3 bal gücündə hiss edilib.

Zəlzələlərlə əlaqədar sunami xəbərdarlığı verilməyib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR