Netanyahu təyyarəni xilas edən hindistanlı pilota təşəkkür etdi

İsrailin Baş naziri Binyamin Netanyahu "Emirates" aviaşirkətinin bıçaqlanmış hindistanlı pilotuna göstərdiyi qəhrəmanlığa və müstəsna cəsarətə görə təşəkkür edib.
Sfera.az xəbər verir ki, Netanyahu özünün "X" səhifəsində yazıb: "Hindistanlı pilot Smit Maçarı müstəsna cəsarətinə görə təbrik edirəm. Bıçaqlanmasına və ağır xəsarət almasına baxmayaraq, o, müqavimət göstərdi, kabinənin qapısını açdı. Sərnişinləri və ekipajı xilas etdi, fəlakətin qarşısını aldı. Maçar 174 nəfərin həyatını xilas edən əsl qəhrəmandır. Ona tez və tam sağalmasını arzulayıram".
Sentyabrın 30-da Dubaydan Təl-Əvivə uçan "Flydubai" sərnişin təyyarəsinin qaçırıldığı bildirilib. Təyyarə daha sonra Səudiyyə Ərəbistanına eniş edib. Məlumata görə, hadisəyə iki pilot arasında dava səbəb olub.
Smit Maçar kommersiya aviasiyasında təxminən 15 illik təcrübəyə malikdir. O, 2022-ci ilə qədər Hindistanın "SpiceJet" aviaşirkətində 11 il xidmət etmiş, daha sonra isə birbaşa kapitan statusu ilə "flydubai" komandasına qoşulmuşdur. 9 750 saatdan çox uçuş təcrübəsi var./teleqraf






