Asiyanı sel vurdu: Azı 139 nəfər öldü

Asiyanı sel vurdu: Azı 139 nəfər öldü
Kateqoriya məlum deyil
T

Asiyanın bir sıra ölkələrində güclü yağışların səbəb olduğu sel fəlakəti ciddi itkilərə yol açıb. Tailand, Hindistan və Myanmada ən azı 139 nəfər həyatını itirib.

Sfera.az xəbər verir ki, Tailandın paytaxtı Banqkok başda olmaqla, ölkənin 29 bölgəsində yağan güclü yağışlar nəticəsində baş verən sel fəlakətində ölənlərin sayı 23-ə yüksəlib.

Sentyabrın 16-dan etibarən davam edən yağışlardan 2,6 milyondan çox insanın zərər çəkdiyi bildirilir. Sel nəticəsində təxminən 940 min binaya ziyan dəyib. Sular altında qalan bir çox yaşayış məntəqəsində suyun çəkilməsi və təxliyə işlərinə yalnız dünən başlanıldığı qeyd olunur. Güclü yağışlar Hindistan və Myanmada da ciddi fəsadlara səbəb olub.

Hindistanın şimalındakı Uttar-Pradeş ştatında sel və torpaq sürüşmələri nəticəsində ən azı 81 nəfər həyatını itirib, 62 nəfər yaralanıb. Təbii fəlakət nəticəsində 3 minə yaxın evə ziyan dəyib.

Myanmanın cənubunda isə sel fəlakəti nəticəsində 26 nəfər ölüb. Yerli hakimiyyət orqanları 30 nəfərin itkin düşdüyünü açıqlayıb.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR