Aİ Ukrayna üçün mandatı uzatdı

Aİ Ukrayna üçün mandatı uzatdı
Kateqoriya məlum deyil
T

Avropa İttifaqı Ukraynadakı hərbi təlim missiyasının (EUMAM UA) mandatını 2028-ci ilin noyabr ayına qədər uzadıb və əsgərlərin təlimini sürətləndirmək üçün iki təlim mərkəzini yenidən aktivləşdirmək niyyətində olduğunu açıqlayıb.

Sfera.az xəbər verir ki, bu barədə Aİ diplomatiyasının rəhbəri Kaya Kalas Aİ müdafiə nazirlərinin görüşündən sonra keçirilən mətbuat konfransında bildirib.

O qeyd edib ki, Aİ ölkələri Ukrayna hərbi təlim missiyasının təcrübəsinin öyrənilməsinin birinci mərhələsinə başlamaq barədə razılığa gəliblər və onun mandatını iki il müddətinə uzadıblar.

Onun sözlərinə görə, bu, həmçinin Kiyevdə döyüş əməliyyatları təcrübəsinin öyrənilməsi və yeni əsgərlərin təlimində tətbiqi üçün koordinasiya mərkəzinin yaradılmasını nəzərdə tutur.

Avropa diplomatiyasının rəhbəri vurğulayıb ki, Aİ yeni əsgərlərin təlimini sürətləndirmək üçün Ukraynada yerləşən iki təlim mərkəzinin bərpasını sürətləndirmək niyyətindədir. Almaniya, Hollandiya, Danimarka, İrlandiya və Lüksemburq bu məqsədlə maliyyə vəsaiti ayırıb.

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR