Yaponiyada Dujuan 13 nəfərin ölümünə səbəb oldu

Yaponiyada Dujuan 13 nəfərin ölümünə səbəb oldu
Kateqoriya məlum deyil
T

Yaponiyada baş verən Dujuan tayfunu nəticəsində ölənlərin sayı 13-ə yüksəlib. Daha 3 nəfərin itkin olduğu bildirilir.

Sfera.az xəbər verir ki, tayfunun ölkəyə çatmasından bir həftə keçməsinə baxmayaraq, fəlakətin yaratdığı fəsadların miqyası artmaqda davam edir.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, Çiba və Kanaqava prefekturalarının müxtəlif ərazilərində güclü yağışların səbəb olduğu torpaq sürüşmələri və daşqınlar nəticəsində ən azı 13 nəfər həyatını itirib. Daha 3 nəfərin taleyindən xəbər yoxdur və onların axtarışları davam etdirilir.

Təbii fəlakət nəticəsində Çiba prefekturasında 1 697, Kanaqavada isə 7 bina olmaqla, ümumilikdə ən azı 1 704 tikiliyə ziyan dəyib.

Çiba prefekturasında bu gün günorta saatlarına olan məlumata görə, təxminən 4 min abonentin elektrik enerjisiz qaldığı bildirilib. Bəzi qatar reyslərində yaranan fasilələrin də davam etdiyi qeyd olunub. Güclü yağışlar nəticəsində bəzi ərazilərdə daşqınlar və torpaq sürüşmələri baş verib. Təxminən 52 min 600 ev təsərrüfatında müvəqqəti elektrik kəsintisi yaşanıb, ən azı 292 aviareys ləğv edilib.

Tayfun həmçinin avtomobil və dəmir yolu nəqliyyatı ilə yanaşı, dəniz nəqliyyatında da ciddi fasilələrə səbəb olub.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR