Tramp: Hörmüzdən rekord həcmdə neft daşınıb

Tramp: Hörmüzdən rekord həcmdə neft daşınıb
Kateqoriya məlum deyil
T

Keçən gecə Hörmüz boğazı vasitəsilə ABŞ və İran arasındakı müharibədən əvvəlki göstəriciləri ötən rekord həcmdə neft nəql olunub.

Sfera.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ Evin Cənub çəmənliyində jurnalistlərə açıqlamasında bildirib.

ABŞ lideri İllinoys ştatına uçmazdan əvvəl deyib:

"Müharibə başa çatan kimi — bu isə yaxın vaxtlarda baş verəcək — neftin qiyməti kəskin düşəcək və bütün qiymətlər aşağı enəcək. Lakin Co Bayden prezident postunu tərk etdikdən sonra ərzaq qiymətləri artıq əhəmiyyətli dərəcədə aşağı düşüb. Demək olar ki, bütün qiymətlər xeyli ucuzlaşıb. Bir şeyi unutmayın: neft hazırda Bayden administrasiyası dövründəkindən daha ucuzdur. Bütün bunlara baxmayaraq, biz böyük həcmdə neft alırıq. Dünən gecə Hörmüz boğazından rekord həcmdə — müharibədən əvvəl çıxarılandan daha çox neft daşımışıq".

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR