Rusiya "Ölü əl"i işə saldı: Dünyanı məhv edəcək sistem...

Rusiya cavab nüvə zərbəsi üçün "Ölü əl" sistemini yenidən işə salıb.
Sfera.az axar.az-a istinadən bildirir ki, bu barədə "Sunday Tayms" məlumat yayıb.
"Araşdırma nəticəsində məlum olub ki, Ural dağlarındakı "Obyekt 1335" gizli yeraltı komandanlıq kompleksi son 40 il ərzində genişləndirilib. Onunla əlaqəli olan və Qərbdə "Ölü əl" (Dead Hand) adı ilə tanınan kieçmiş SSRİ-nin "Perimetr" sistemi də yenidən tam işlək vəziyyətdədir.
Əgər Rusiyaya qarşı nüvə zərbəsi endirilsə və ölkə rəhbərliyi ilə Baş Qərargah arasında əlaqə kəsilsə, Ural dağlarındakı "Obyekt 1335" yeraltı kompleksindəki ehtiyat kanallar vasitəsilə xüsusi komanda raketlərinə siqnal ötürülə bilər. Bu, Rusiyaya nüvə zərbəsi endiriləcəyi təqdirdə qarşılıqlı məhvi təmin etmək məqsədilə hazırlanmış "qiyamət günü" strategiyasıdır", - məlumatda qeyd olunub.






