Afinada güclü partlayış olub, 6 nəfər ölüb

Afinada güclü partlayış olub, 6 nəfər ölüb
Kateqoriya məlum deyil
T

Yunanıstanın paytaxtı Afinanın Plaka rayonunda yaşayış binasında baş verən güclü partlayış nəticəsində 6 nəfər ölüb.

Sfera.az xəbər verir ki, bu barədə Yunanıstanın “ERT” telekanalı məlumat yayıb.

Bildirilib ki, partlayış nəticəsində üçmərtəbəli yaşayış binasının bir hissəsi dağılıb.

Xilasetmə işləri zamanı dağıntılar altından 6 nəfərin meyiti çıxarılıb və onların şəxsiyyətinin müəyyənləşdirilməsi üzrə iş aparılır.

Məlumata görə, ölənlər arasında binanın yuxarı mərtəbəsində yaşayan yaşlı cütlük və birinci mərtəbədə qısamüddətli kirayə mənzildə qalan dörd ABŞ vətəndaşı olub.

Hadisə nəticəsində 3 nəfər də xəsarət alıb.

Partlayışın səbəbləri araşdırılır. İlkin məlumatlarda hadisənin qaz sızması ilə əlaqəli ola biləcəyi bildirilib. Partlayış nəticəsində yaxınlıqdakı binalara, mağazalara və avtomobillərə də ziyan dəyib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR