Ukrayna Krasnodardakı zavodu vurdu

Ukrayna Krasnodardakı zavodu vurdu
Kateqoriya məlum deyil
T

Sentyabrın 26-na keçən gecə Ukrayna Müdafiə Qüvvələri Rusiyanın Krasnodar diyarında yerləşən İlski Neft Emalı Zavoduna zərbə endirib.

Sfera.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Hücumdan sonra strateji müəssisənin ərazisində güclü yanğın başlayıb.

Baş Qərargahın məlumatına görə, İlski Neft Emalı Zavodunun gücü ildə təxminən 6,6 milyon ton neft təşkil edir. Müəssisə karbohidrogen xammalını qəbul edir, saxlayır, emal edir və müxtəlif neft məhsulları istehsal edir.

Vurğulanıb ki, zavodun istehsal etdiyi yanacaq-sürtgü materialları birbaşa Rusiya qoşunlarının təchizatı və ehtiyacları üçün istifadə olunurdu.

Xatırladaq ki, bundan əvvəl də KİV-də pilotsuz uçuş aparatlarının (PUA) Rusiyanın Krasnodar diyarındakı İlski zavoduna hücum etməsi və ərazidə yanğının olması barədə məlumatlar yayılmışdı./Qafqazinfo

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR