Taylandda güclü yağışlar daşqınlara səbəb oldu

Taylandın paytaxtı Banqkokda son günlər yağan güclü yağışlar nəticəsində genişmiqyaslı daşqınlar baş verib. Hakimiyyət orqanları şəhərin bütün 50 rayonunu fəlakət zonası elan edib.
Sfera.az xəbər verir ki, Banqkok qubernatoru Çadçart Sittipunt bildirib ki, xüsusilə şəhərin şərq hissələrində vəziyyət daha ağırdır.
Güclü yağışlar nəticəsində bəzi ərazilərdə yollar su altında qalıb və nəqliyyatın hərəkətində çətinlik yaranıb.
Səlahiyyətlilər daşqından zərər çəkən və həssas qruplara, o cümlədən yataq xəstələrinə yardım göstərilməsi üçün tədbirləri sürətləndirib. Məktəblərdə müvəqqəti sığınacaqların yaradılması, qum torbalarının təmin edilməsi, nəqliyyatın tənzimlənməsi, həmçinin kanalizasiya və drenaj sistemlərinin yaxşılaşdırılması nəzərdə tutulur.
Səlahiyyətlilər əhalini ehtiyatlı olmağa çağırıb.
İradə Elsevər






