Logo

Məkkədə terror aktının qarşısı alındı: 11 yaralı

Məkkədə terror aktının qarşısı alındı: 11 yaralı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Səudiyyə Ərəbistanı təhlükəsizlik xidməti Məkkə şəhərində Əl-Haram məscidində planlaşdırılan terror aktlarının qarşısını alıb.

Terror aktına hazırlaşanlardan biri yaşayış binasında gizlənərək təhlükəsizlik qüvvələrinə silahlı müqavimət göstərib və sonra özünü partladıb.

Partlayış nəticəsində 11 nəfər yaralanıb, onlardan 6 əcnəbi və 5 hüquq-mühafizə orqanlarının əməkdaşıdır.

Səudiyyə Ərəbistanı Daxili İşlər Nazirliyin rəsmi nümayəndəsinin verdiyi məlumata görə terrorçular ölkə ərazisində 3 yerdə eyni zamanda silsilə hücumlar həyata keçirməyi planlaşdırırdılar.

Əməliyyat nəticəsində təhlükəsizlik xidməti tərəfindən bir qadın və 4 kişi saxlanılıb.

Sfera.az
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR