Səudiyyə Ərəbistanına ballistik raket və dronla hücum edilib

Kateqoriya məlum deyil
T
Səudiyyə Ərəbistanı Ər-Riyada doğru atılan iki dronun ələ keçirildiyini açıqlayıb.
Sfera.az Reuters-ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya iki PUA-nın 26 sentyabr səhəri krallığın hava hücumundan müdafiə qüvvələri tərəfindən ələ keçirildiyini bildirib.
Agentlik həmçinin ölkənin cənub-qərbindəki Xamis Muşait şəhərinə doğru atılan ballistik raketin də ələ keçirildiyini yazıb. Ər-Riyadın rəhbərlik etdiyi koalisiya, ballistik raketin krallığın hava hücumundan müdafiə qüvvələri tərəfindən ələ keçirildiyini bildirib. Əlavə məlumat verilməyib./musavat






