Dünya bu istiliyə hazır deyil - Təhlükəli dövr uzanır

Dünya bu istiliyə hazır deyil - Təhlükəli dövr uzanır
Kateqoriya məlum deyil
T

Dünyada istilik dalğalarının davam etdiyi müddət getdikcə artır.

Sfera.az xəbər verir ki, alimlərin 1979-2023-cü illər üzrə apardığı araşdırmaya görə, son 45 ildə quruda istilik dalğaları mövsümü orta hesabla 39 gün uzanıb. Məlumata görə, ilin ilk istilik dalğası hər 10 ildən bir orta hesabla 3,29 gün daha tez başlayır. Sonuncu istilik dalğasının başa çatması isə 5,41 gün gecikir. Bu dəyişiklik quru ərazilərinin böyük hissəsində müşahidə olunub.

Araşdırmada həmçinin 2001–2023-cü illərdə sürətlə yaranan istilik dalğalarının sayının artdığı müəyyən edilib. Bu vəziyyət xüsusilə kənd təsərrüfatı üçün risk yaradır. Belə hava şəraiti bəzi bitkilərin çiçəkləmə və inkişaf dövründə daha çox sahənin zərər görməsinə səbəb olur.

Alimlər səhiyyə, kənd təsərrüfatı və enerji sahələrində erkən xəbərdarlıq sistemlərinin yeni iqlim şəraitinə uyğunlaşdırılmasının vacibliyini vurğulayıblar./yenisabah

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR