Türk ordusu tətikdə, Yunanıstan qoşunları adaya yığdı

Türk ordusu tətikdə, Yunanıstan qoşunları adaya yığdı
Kateqoriya məlum deyil
T

Yunanıstan Türkiyə ilə sərhəddə daimi komando dəstəsi yerləşdirib.

Sfera.az xəbər verir ki, komando dəstəsi Türkiyə sərhədində, Maritsa çayı yaxınlığındakı Meqalo Derio kəndində yerləşdirilib.

Yeni bölmə əvvəllər sursat anbarı kimi istifadə olunan Palaskas kazarmasında dislokasiya olunacaq. Kazarma yeni hərbi bölmənin yerləşdirilməsi üçün modernləşdirilib.

Xatırladaq ki, Yunanıstanın bu addımı Türkiyə ordusunun elit 51-ci Komando Briqadasının Tuncelidən Aydın vilayətinin Söke rayonuna dislokasiya edilməsindən sonra atılıb.

Türkiyə briqadasının Egey dənizi istiqamətində yerləşən Sökeyə köçürülməsi Yunanıstan mətbuatında geniş rezonans doğurub.\Musavat.com

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR