Si Cinpinə görə 64 illik protokol qaydasını pozacaq

Si Cinpinə görə 64 illik protokol qaydasını pozacaq
Kateqoriya məlum deyil
T

ABŞ Prezidenti Donald Tramp Çin Xalq Respublikasının Sədri Si Cinpini Endryuz hərbi hava bazasında şəxsən qarşılayacaq.

Sfera.az xəbər verir ki, bu barədə “Financial Times” qəzeti məlumat yayıb.

Bildirilir ki, bununla da, 64 ildir riayət olunan protokol qaydası pozulmuş olacaq.

“Bu, 1962-ci ildə Con Kennedinin Böyük Britaniyanın Baş naziri Harold Makmilanı uçuş-enmə zolağında qarşılamasından sonra ABŞ Ali Baş Komandanının bir dünya liderini bu bazada şəxsən qarşıladığı ilk hal olacaq”, - nəşr yazıb.

Qəzet bu jesti dərin hörmət nümayişi kimi təqdim edib.

Xatırladaq ki, Si Cinpin 23-25 sentyabr tarixlərində ABŞ-yə dövlət səfəri edəcək.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR