Hələb şəhərində güclü partlayışlar: 4 nəfər yaralandı

Hələb şəhərində güclü partlayışlar: 4 nəfər yaralandı
Kateqoriya məlum deyil
T

Suriyanın Hələb vilayətinin cənub-qərbində, Suriya ordusuna məxsus hərbi ərazidə güclü partlayışlar baş verib.

Sfera.az xəbər verir ki, hadisə Əl-Hədəbə bölgəsində qeydə alınıb. İlkin məlumata görə, partlayışlar nəticəsində 4 nəfər yaralanıb.

Suriya rəsmiləri bildirib ki, partlayışların davam etməsi səbəbindən axtarış-xilasetmə və tibbi yardım qrupları ilkin mərhələdə əraziyə çatmaqda çətinlik çəkib.

Suriyanın rəsmi xəbər agentliyi SANA-nın məlumatına görə, səlahiyyətli qurumlar partlayışların mənbəyini və başvermə səbəbini müəyyənləşdirmək üçün araşdırmaya başlayıb.

Hadisənin səbəbləri ilə bağlı rəsmi açıqlamanın veriləcəyi gözlənilir.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR