İmran Xanın bacısı saxlanıldı

İmran Xanın bacısı saxlanıldı
Kateqoriya məlum deyil
T

Pakistanda həbsdə olan keçmiş Baş nazir İmran Xanın bacısı Alima Xan saxlanılıb.

Sfera.az xəbər verir ki, Alima Xan sentyabrın 27-də keçirilməsi planlaşdırılan ümumxalq etirazları ərəfəsində Lahor şəhərində polis tərəfindən tutulub.

Pakistan Ədalət Hərəkatının (PTI) nümayəndəsinin sözlərinə görə, hadisə Alima Xanın yaşadığı evin yaxınlığında baş verib. O, idman zalına getmək üçün evdən çıxarkən polis əməkdaşları tərəfindən saxlanılıb və daha sonra Kot Laxpat həbsxanasına aparılıb.

Məlumata görə, Alima Xanın 30 gün müddətinə həbsdə saxlanılması barədə qərar qəbul edilib. Qərarda onun saxlanılmasının şəhərdə ictimai asayişin qorunması məqsədi daşıdığı bildirilib.

Qeyd edək ki, İmran Xan 2023-cü ildən həbsdədir. Onun rəhbərlik etdiyi PTI və tərəfdarları keçmiş baş nazirin azadlığa buraxılmasını tələb edirlər.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR