Sudanda qızıl mədəninin çökməsi nəticəsində 11 nəfər ölüb, 30 nəfər yaralanıb

Kateqoriya məlum deyil
T
Sudanın Qırmızı dəniz vilayətində kustar üsulla qazıntı işləri aparılan şaxtanın çökməsi nəticəsində azı 11 nəfər ölüb, 30 nəfər yaralanıb.
Sfera.az xəbər verir ki, bu barədə Qətərin “əl-Cəzira” telekanalı məlumat yayıb.
Məlumata görə, hadisə Qırmızı dəniz vilayətinin şimalındakı Uni bölgəsində baş verib.
Yerli mənbələrin məlumatına görə, şaxtada axtarış-xilasetmə işləri davam etdirilir, lakin lazımi texnikanın və digər imkanların çatışmazlığı səbəbilə əməliyyatlar ləngiyir.
Qeyd edək ki, Sudanda kustar qızıl hasilatı geniş yayılıb və belə mədənlərdə təhlükəsizlik qaydalarının pozulması ilə bağlı əvvəl də çoxsaylı qəzalar baş verib.






