Putinin Ukraynadakı monastır planı

Ukraynanın Rusiyadakı ilk səfiri Vladimir Krıjanovski "Qlavkom" nəşrinə müsahibəsində bildirib ki, Kreml rəhbəri Vladimir Putin üçün Donbas uğrunda mübarizədə təbii sərvətlərdən əlavə, ideoloji və dini amillər də mühüm rol oynayır.
Sfera.az xəbər verir ki, bu barədə UNİAN nəşri yazıb.
Krıjanovskinin sözlərinə görə, Rusiyaya mədən və faydalı qazıntılar lazım deyil (müqayisə üçün o, zəngin sərvətlərə malik Kemerovo vilayətini misal çəkib). Donbas Moskva üçün əsasən Ukraynanın cənubunu ələ keçirmək adına növbəti plasdarm kimi baxılır.
Diplomat qeyd edib ki, Putin Ukraynadakı üç müqəddəs - Kiyev-Peçersk, Poçayev və Müqəddəs Dağ (Svyatoqorsk) lavralarından (Ukraynadakı pravoslav kilsəsinin üç əsas və ən müqəddəs monastırları) ən azı birini nəzarətə götürmək arzusu ilə yaşayır.
Cəbhə xəttinə ən yaxın olanı Svyatoqorsk lavrasıdır, digərləri isə ya uzaqda, ya da əlçatmaz yerdədir.
Sabiq səfir hesab edir kiç Rusiyanın Ukraynanın digər cənub ərazilərinə doğru irəliləməsi yalnız Avropa və ABŞ-nin mövqelərindən zəifləyəcəyi təqdirdə mümkündür. Lakin əsas yükü hələ də Ukrayna hərbçiləri daşımaqdadır.






