Baş naziri təhdid edən şəxs saxlanıldı - bu ölkədə

Kateqoriya məlum deyil
T
Polşanın Pşemışl şəhərində polis Baş nazir Donald Taskı təhdid edən videonu sosial mediada paylaşan 56 yaşlı kişini saxlayıb.
Sfera.az xəbər verir ki, polis sözçüsü Karolina Kovalikin sözlərinə görə, kişi videonun paylaşılmasından sonrakı gün saxlanılıb. Saxlanılan şəxslə bağlı əlavə tədbirlər görülür.
Polis kişiyə məxsus video yazısını və elektron cihazları müsadirə edib. Müstəntiqlər ona qarşı ittiham irəli sürmək üçün əsas olacaq toplanmış materialları təhlil edirlər.






