İran danışıqlar üçün 7 şərt açıqladı

Kateqoriya məlum deyil
T
İranın danışıqlara başlamaq üçün irəli sürdüyü yeddi şərti ABŞ hökumətinə çatdırılıb.
Sfera.az xəbər verir ki, bu məlumatı İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai X-dəki hesabında paylaşıb. O qeyd edib ki, ABŞ özünü çətin vəziyyətdən çıxarmaq üçün İranın şərtlərini və hüquqlarını qəbul etməkdən başqa seçimə malik deyil.
"Tehranın mesajı aydındır. İranın irəli sürdüyü yeddi şərt ABŞ hökumətinə çatdırılıb", - deyə Rezai bildirib.
Yeri gəlmişkən, ABŞ-İran danışıqlarında vasitəçi ölkə olan Pakistanın daxili işləri naziri Möhsün Naqvin Tehrana səfər edəcək.
İran rəsmiləri görüşdə ikitərəfli münasibətlərin müzakirə ediləcəyini bildirsələr də, nazirin ABŞ-dən hər hansı bir mesajı gətirməsinə dair məlumat paylaşmayıblar.






