Dizelin qiyməti ABŞ-də rekord həddə çatdı

Kateqoriya məlum deyil
T
ABŞ-də dizel yanacağının orta qiyməti növbəti tarixi maksimuma yüksəlib.
Sfera.az xəbər verir ki, Amerika Avtomobil Assosiasiyasının (AAA) məlumatına görə, ölkədə bir qallon (3,79 litr) dizel yanacağının orta qiyməti 6,49 dollara çatıb.
Bir il əvvəl dizelin bir qallonu orta hesabla 3,70 dollara satılıb. Bir həftə əvvəl isə bu göstərici 6,17 dollar təşkil edib.
AAA-nın regional məlumatları sentyabr ayında ABŞ-nin müxtəlif ştatlarında dizel yanacağının qiymətinin rekord səviyyələrə yüksəldiyini göstərir.
Beləliklə, dizel yanacağının qiyməti son bir ildə təxminən 75 faiz artıb.






