Almanlara müharibə xəbərdarlığı - “Müdafiəyə hazırlaşın”

Almanlara müharibə xəbərdarlığı - “Müdafiəyə hazırlaşın”
Kateqoriya məlum deyil
T

Almaniya sakinləri müdafiəyə hazırlaşmalıdırlar.

Sfera.az “Bild” qəzetinə istinadla xəbər verir ki, bunu Bundesverin rəhbəri Karsten Breuer Praqada müdafiə məsələlərinə həsr olunmuş konfrans zamanı bildirib.

Onun sözlərinə görə, müdafiə işinə sənayenin və vətəndaş cəmiyyətinin cəlb olunması zəruridir. Baş müfəttiş bunun ordunun özünün dəf edə bilməyəcəyi hibrid təhdidlərlə bağlı olduğunu bildirib.

“Siz olmadan biz, hərbçilər, uğursuzluğa məhkumuq. Uğursuzluq o demək olardı ki, bizim tanıdığımız şəkildə cəmiyyətlərimiz təhlükə qarşısında qalacaq”, - Bundesverin rəhbəri deyib.

Sentyabrın 16-da “Bloomberg” agentliyi Almaniyanın Soyuq müharibə dövrünə aid yeraltı xəstəxanaları bərpa etdiyini və NATO ilə Rusiya arasında münaqişə yaranacağı təqdirdə yaralıların qəbuluna mülki xəstəxanaları hazırladığını bildirib. Bundesverin hesablamalarına görə, hər gün 1000-dək yaralı hərbçi gətirilə bilər.

Bunlar Almaniyanın Rusiya ilə müharibəyə hazırlıq tədbirlərinin heç də yeganə istiqamətləri deyil./publika

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR