NBC: İranla razılaşmadan imtina qərarını Rubio verib

NBC: İranla razılaşmadan imtina qərarını Rubio verib
Kateqoriya məlum deyil
T

ABŞ-nin aprel ayında İranla mümkün razılaşmadan imtina etməsi barədə qərarı dövlət katibi Marko Rubio verib.

Sfera.az xəbər verir ki, bu barədə "NBC News" mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Pakistanda keçirilən və ABŞ vitse-prezidenti Cey Di Vensin də iştirak etdiyi danışıqlar zamanı amerikalı nümayəndələr İran tərəfinin mümkün razılaşmanın şərtlərini dəyişməyə çalışdığı qənaətinə gəliblər.

Görüşlər arasındakı fasilədə ABŞ nümayəndələri bundan sonrakı addımlarla bağlı təlimat almaq üçün Rubio ilə əlaqə saxlayıblar. Mənbələrin iddiasına görə, dövlət katibi İranın təklifinin qəbul edilə bilməyəcəyini və razılaşmanın baş tutmayacağını bildirib.

"NBC News" qeyd edir ki, Rubio İranla danışıqların əsas siması kimi ön planda görünməsə də, prosesdə mühüm rol oynayır və ABŞ administrasiyasının İranla bağlı strategiyasının formalaşdırılmasında iştirak edir.

ABŞ və İran iyunda döyüş əməliyyatlarının dayandırılmasını nəzərdə tutan anlaşma memorandumu imzalasa da, iyulda hərbi əməliyyatlar yenidən başlayıb. İyunda əldə olunan razılaşmanın mövcudluğu barədə digər mənbələrdə də məlumat verilib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR