Yunan diplomat "əcəl zəngi" çaldı

Yunan diplomat "əcəl zəngi" çaldı
Kateqoriya məlum deyil
T

Yunanıstanın istefada olan səfiri və təcrübəli diplomat Georgios Ayfantis Türkiyə ilə münasibətlər və Egey dənizində yaranmış vəziyyətlə bağlı təhlükəli açıqlamalar verib.

Sfera.az xəbər verir ki, Ayfantis Türkiyənin hərbi addımlarının təsadüfi olmadığını bildirib.

“Türkiyə boş yerə hədələmir. O, komando alayını da səbəbsiz yerə yerləşdirmir. Biz uzun illər davam edən fəaliyyətsizliyimizi son anda atılan meydanoxuyan addımlarla dəyişə bilmərik”, – diplomat bildirib.

Ayfantis Yunanıstanın Krit adasının cənubunda ərazi sularını 12 dəniz milinə qədər genişləndirə biləcəyi barədə yayılan məlumatlara da toxunub.

Onun fikrincə, belə bir addımın məhz Kritin cənubunda atılması ciddi səhv olardı:

“Kritin cənubunda 12 millik zona elan edəcəyimiz barədə məlumatlar yayılır. Bu, faciəvi səhvdir. Əgər bunu etsək, Türkiyənin hazırkı mövqeyini faktiki qəbul etmiş olarıq. Niyə bunu şimalda etmirik? Türkiyə bizim suveren hüquqlarımızın sərhədlərini müəyyənləşdirməyə başlayıb”./musavat

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR