İspaniyada yağışlar selə səbəb oldu: 1 nəfər öldü

İspaniyada yağışlar selə səbəb oldu: 1 nəfər öldü
Kateqoriya məlum deyil
T

İspaniyanın şərq bölgələrində güclü yağışlar ciddi fəsadlara səbəb olub. Barselonanın Olivella rayonunda sel sularına düşən avtomobildəki bir nəfər boğularaq həyatını itirib.

Sfera.az xəbər verir ki, ölkənin şərqində yerləşən Kataloniya, Valensiya, Mursiya və Balear adalarında ötən gecədən etibarən intensiv yağışlar müşahidə olunur.

Mülki Müdafiə xidmətinin yaydığı məlumata görə, xüsusilə Valensiyada bəzi ərazilərdə bir kvadratmetr əraziyə 120 kiloqrama qədər yağıntı düşüb.

Güclü yağışlar nəqliyyat və gündəlik həyatda da ciddi problemlər yaradıb. Əlverişsiz hava şəraiti səbəbindən Valensiya hava limanı gecə ərzində fəaliyyətini dayandırıb, Barselonadakı El Prat hava limanında isə 23 reys ləğv edilib.

Güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində çoxsaylı ev və obyektə ziyan dəyib.

Təkcə Kataloniyada yanğınsöndürmə xidmətləri gecə ərzində 270 hadisəyə müdaxilə edib.

İspaniyanın şərqində əlverişsiz hava şəraitinin davam edəcəyi və bəzi ərazilərdə yeni daşqınların baş verə biləcəyi ilə bağlı xəbərdarlıqlar verilib.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR